Friday, 07 June 2024 17:26

Sahibkarlar və dövlət orqanları arasında növbəti görüş baş tutacaq

İyunun 12-də Caspian Energy Club-ın təşkilatçılığı ilə növbəti B2G Forum keçiriləcək. Bu barədə Caspian Energy Club-ın Sədri və Qrupun Baş İcraçı Direktoru Telman Əliyev bildirib.

Qeyd edək ki, forumda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova iştirak edəcək.

Biznes-dövlət dialoqunu təşviq etmək məqsədilə təşkil olunan B2G formatlı tədbirlər əsnasında şirkət nümayəndələrinin sualları cavablandırılır, təklif və rəyləri dinlənilir.

Read 564 times Last modified on Friday, 07 June 2024 13:34

 

NEWS