Parisdə Azərbaycan incəsənətinin iki istedadlı nümayəndəsi – şairə Ülviyə Axundova və pianoçu Nazxanım Dadaşovanın iştirakı ilə “Soyuq suda azacıq günəş” adlı musiqili poeziya axşamı böyük uğurla keçib.
Caspian Energy Media AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə müasir poeziya Qara Qarayevin, Debüssinin, Raxmaninovun, Azərbaycan, fransız və rus musiqisinin digər klassiklərinin yaradıcılığı ilə ahəngdar şəkildə təqdim olunub.