Wednesday, 12 June 2024 10:45

STP Şirkətlər Qrupu yeni növ generatorun istehsalına başlayıb

Sözügedən generatorun Azərbaycanda ilk və yeganə istehsalçısı qrupa daxil “STP Global Cable” şirkətidir.

350 və 650 kVA nominal gücündə istehsal olunan məhsul adi generatordan fərqli olaraq havalandırmanın keyfiyyətinə müsbət təsir göstərən avtomatik jalüzlər və müasir səs boğucu sistemi ilə təchiz olunub.

Şirkətin Elektrik Avadanlıqları Zavodunda istehsal olunan yeni generatorun çəkisi 4020kq, uzunluğu isə 4250mm. Qeyd edək ki, məhsulun hazırlanmasında istifadə olunan xammal Avropadan idxal olunur.

Məlumat üçün xatırladaq ki, “STP Global Cable” şirkəti STP Şirkətlər Qrupunun ən iri müəssisəsidir. Müəssisənin tərkibində 3 zavod fəaliyyət göstərir.

Kabel zavodu: 300 kateqoriyada və 28 000 çeşiddə kabel, mis və alüminium çubuqlarının, eləcədə neft quyuları üçün elektrik dalma nasosunun güc kabellərinin istehsalını həyata keçirir. Dünyada, cərəyan keçirən damarın 3000mm² qədər en kəsiyi olan və 500 kV-luq kabe istehsal edən, azsaylı istehsalçılardan biri, regionda isə optik kabelin yeganə istehsalçısıdır. Əlavə olaraq müxtəlif təyinatlı kabellərin istehsalını həyata keçirir.

Elektrik Avadanlıqları Zavodu: Ölkədə müasir tipli, daxildə və xaricdə quraşdırılan ödəniş terminalları, məlumat və növbə köşkləri istehsal edən yeganə müəssisədir. Eləcədə şirkətdə dizel generatorları, kabel kanalları, alçaq və orta gərginlikli elektrik yuvaları istehsal olunur.

Qaynar Sinkləmə zavodu: Müxtəlif növ metalların sinklənmə xidməti həyata keçirilir. Uzunluğu 18 metrə qədər metal dirəklərin sinklənməsi məhz bu zavodda mümkündür.

STP Şirkətlər Qrupunun təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı *0990 Məlumat Mərkəzinə zəng edərək, şirkətin rəsmi internet səhifəsini (www.stp.azvə ya sosial şəbəkələrdə mövcud səhifələrini izləyərək əldə edə bilərsiniz.

Read 590 times Last modified on Wednesday, 12 June 2024 06:55

 

NEWS