Saturday, 15 June 2024 10:41

Avro-2024: Bu gün daha üç oyun baş tutacaq

Bu gün Avropa çempionatında daha üç matç keçiriləcək.

Caspian Energy Media AZƏRTAC-a istinadən xəbər verir ki, qarşılaşmalar A və B qruplarında olacaq.

A qrupunda Macarıstan və İsveçrə komandaları üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Günün digər iki görüşü isə B qrupunda baş tutacaq. İspaniya - Xorvatiya və İtaliya - Albaniya matçları oynanılacaq. Görüşlər müvafiq olaraq Bakı vaxtı ilə saat 20:00 və 23:00-da başlayacaq.

Read 76 times Last modified on Saturday, 15 June 2024 07:03

 

NEWS