Bakıda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Cirokastra Regionu Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı və Albaniya Ticarət və Sənaye Palataları İttifaqının iştirakı ilə hər iki ölkənin biznes dairələri arasında görüş keçirilib.
Caspian Energy Media AZPROMO-ya istinadən xəbər verir ki, görüşdə turizm, investisiya, sənaye, ticarət və logistika sektorlarında fəaliyyət göstərən 17 Albaniya və 18 Azərbaycan şirkəti iştirak edib.
Tədbir sahibkarlar arasında B2B formatda görüşlərlə davam edib.