Friday, 21 June 2024 18:13

“Gossip” və “Prime Financial Services” arasında əməkdaşlıq memorandumu imzalanıb

“Caspian Energy Club”ın üzvü olan “Gossip”lə “Prime Financial Services” arasında Əməkdaşlıq memorandumu imzalanıb.  “Caspian Energy Media”ya bu barədə“Gossip”in təsisçisi Qoşqar Məmmədov bildirib.

Əməkdaşlıq çərçivəsində “Gossip” “Prime Financial Services”a SEO (search engine optimization), LinkedIn idarəetməsi, Youtube üçün videoların təmin edilməsi kimi xidmətləri təmin edəcək.

“Prime Financial Services”ın direktoru Anar Əliyev ve komandasından müştəri kimi çox razıyıq. Onların da bizdən razılıq bildirməsi işimizi mütəşəkkil gördüyümüzün ən böyük göstəricisidir. Müqavilə bir illik müddətinə imzalanıb”, - deyə Qoşqar Məmmədov bildirib.

“Gossip Brands Avenue” – uzun müddətdir yerli və xarici brendlər üçün marketinq həlləri təklif edən təcrübəli mütəxəssislərin bir araya gəldiyi kreativ agentlikdir. Marketinqin müxtəlif sahələrində kifayət qədər təcrübəsi olan şəxslər sonunda “Gossip” olaraq bir araya toplanmağa qərara gəlmişdir.

“Prime Financial Services” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti orqanından Vergi Müvəkkili Sertifikatını almış ilk və hazırda ölkəmizdə vergi müvəkkilliyi sahəsində fəaliyyət göstərən yeganə şirkətdir. Vergi ödəyicilərinin vergi müvəkkili ilə birgə işləməsinə şərait yaradılması üçün Dövlət Vergi Xidməti ilə Prime Financial Services şirkəti arasında Saziş imzalanmışdır.

Read 31 times Last modified on Monday, 24 June 2024 08:49

 

NEWS