Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Mədəniyyət Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və ölkəmizin Almaniyadakı səfirliyinin birgə təşkilati dəstəyi ilə “Xarıbülbül” Azərbaycan dili həftəsonu məktəbinin açılış mərasimi keçirilib. Mərasimdə mədəniyyət nazirinin müavini Fərid Cəfərov da iştirak edib. Çıxışlarda Azərbaycan dili həftəsonu məktəbinin əhəmiyyəti vurğulanıb, məktəbin dilimizin təbliğinə töhfə verəcəyi bildirilib.
Bu barədə Caspian Energy Media Mədəniyyət Nazirliyinə istinadən xəbər verir.