Monday, 24 June 2024 16:20

STP Şirkətlər Qrupu yeni əməkdaşlığa imza atıb

“Almet Holding” ASC və STP Şirkətlər Qrupu arasında qrupa məxsus Armatur İstehsalı Zavodunun idarə edilməsinə dair birgə əməkdaşlığa imza atılıb. “Caspian Energy Media”ya  STP Şirkətlər Qrupu tərəfindən verilən məlumata görə, tərəflər müqaviləyə əsasən “Almet Holding” ASC-nin törəmə şirkəti olan “ASPM” MMC zavodunda armaturun istehsalını həyata keçirəcək.

Məlumatda zavodun fəaliyyətində məhsuldarlığın artırılması baxımından bu tərəfdaşlığın çox səmərəli olacağı vurğulanıb. İstehsalat prosesində tərəflərin potensiallarının və təcrübələrinin birləşdirilməsi zavodun fəaliyyətinə müsbət təsir göstərmiş olacaq.

Qeyd edək ki, STP Şirkətlər Qrupunun təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı *0990 Məlumat Mərkəzinə zəng edərək, şirkətin rəsmi internet səhifəsini (www.stp.az) və ya sosial şəbəkələrdə mövcud səhifələrini izləyərək əldə edə bilərsiniz.

Read 324 times

 

NEWS