Friday, 28 June 2024 11:44

“Neftçi” klubu qapıçısı ilə yollarını ayırıb

“Neftçi” futbol klubu qapıçısı Aqil Məmmədovla yollarını ayırıb.

Caspian Energy Media AZƏRTAC-a istinadən xəbər verir ki, 35 yaşlı qolkiperlə mövsümün sonunda başa çatan müqavilənin müddəti uzadılmayıb.

Qeyd edək ki, A.Məmmədov 2015-2016, 2018-2024-cü illər ərzində “Neftçi”nin heyətində 112 oyun keçirib.

Read 18 times

 

NEWS