Monday, 01 July 2024 15:29

"Competo" şirkətinə yeni baş icraçı direktor təyin olunub

1 iyul 2024-cü il tarixindən "Competo" MMC-nin (Umico brendi) yeni baş icraçı director vəzifəsinə Rauf Qulaməliyev təyin olunub.

Qeyd edək ki, Rauf Qulaməliyev Korporativ Maliyyə üzrə Magistr dərəcəsini bitirdikdən sonra 2015-ci ildə “PAŞA Holding” MMC-yə qoşulub və 1 iyul 2024-cü il tarixinə qədər Ekosistemin İnkişaf Strategiyası üzrə rəhbər vəzifəsində çalışıb.

Caspian Energy Media Marja.az-a istinadən xəbər verir ki, o,Umico Bonus, Umico Market və m10 kimi məhsulların ərsəyə gəlməsində birbaşa iştirak edib və bu məhsulların uğurunda mühüm rol oynayıb. Bununla yanaşı, R. Qulaməliyev, Uklon, Trendyol və Bakıkart kimi uğurlu tərəfdaşlıqları birbaşa olaraq idarə edib.

Read 451 times

 

NEWS