Azərbaycanın beynəlxalq dərəcəli hakimi Zaur Hacıyev Avropa Voleybol Konfederasiyasından yeni təyinat alıb.
Caspian Energy Media AZƏRTAC-a istinadla xəbər verir ki, o, 18 yaşlı oğlanlar arasında (U-18) Avropa çempionatının final mərhələsinin matçlarını idarə edəcək.
Qeyd edək ki, final mərhələsi iyulun 10-21-də Bolqarıstanın Sofiya və Plovdiv şəhərlərində keçiriləcək.