Monday, 08 July 2024 11:32

Cari ilin ilk 6 ayında 302.891 Asan İmza sertifikatı verilib

2024-cü ilin yanvar-iyun aylarında vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 326.457 şəxs qəbul edilib, onlara 492.520 sayda xidmət göstərilib ki, bunun da 185 minə yaxını şifahi xidmətlərə (müraciət etmiş şəxslərin vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar suallarının cavablandırılması), 103 minə yaxını isə elektron xidmətlərə (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) aiddir.

Caspian Energy Media Dövlət Vergi Xidmətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dövr ərzində ümumilikdə 183.553 müraciət üzrə 302.891 Asan İmza sertifikatı verilib.

Daha ətraflı

Read 406 times Last modified on Monday, 08 July 2024 12:13

 

NEWS