Friday, 12 July 2024 15:44

SİF Balıqçılıq və akvakultura, həmçinin akvaponika təsərrüfatlarını dəstəkləyir

Balıqçılıq və akvakultura, həmçinin akvaponika təsərrüfatlarının yaradılması yönündə layihələrin dəstəklənməsi Sahibkarlığın İnkişafı Fondunun (SİF) güzəştli kredit mexanizmi üzrə 2024-cü il üçün müəyyənləşdirilmiş prioritet istiqamətlərdəndir. Balıq (qida və ya dekorativ məqsədli) və balıq məhsullarının, həmçinin su mühitində faydalı orqanizmlərin yetişdirilməsini, eləcə də akvaponikdə lobya, kələm, brokkoli, xiyar, pomidor, bibər, badımcan, kivi, portağal, çiyələk, müxtəlif göyərti növləri və dərman bitkilərinin becərilməsini nəzərdə tutan layihələr bu prioritet istiqamətə aid edilir.

Caspian Energy Media SİF-ə istinadən xəbər veriir ki, sahibkarlar belə layihələr üzrə SİF-in güzəştli kreditlərindən yararlana bilərlər.

Read 430 times

 

NEWS