Monday, 15 July 2024 17:51

Azərbaycan Dünya Bankı ilə Tərəfdaşlıq Çərçivəsinin hazırlanmasını müzakirə edib

Dünya Bankı Qrupu ilə Azərbaycan üzrə 2025-2029-cu illəri əhatə edən yeni Ölkə Tərəfdaşlıq Çərçivə sənədinin hazırlanması çərçivəsində müzakirələr aparılıb.

Caspian Energy Media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib

Onun sözlərinə görə, müzakirələr Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysla keçirilən görüşdə keçirilib: “Tərəfdaşlıq sənədinin hazırlanması və ölkəmizin iqtisadi inkişafı istiqamətində həyata keçiriləcək layihələr barədə fikir mübadiləsi apardıq”.

Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində bərpa olunan enerji və "yaşıl" iqtisadiyyata keçid, eləcə də Azərbaycanın icrasında maraqlı olduğu digər layihələr diqqətə çatdırılıb.

Read 419 times

 

NEWS