İqtisadiyyat naziri Mikayıl Cabbarov İsrailin regional əməkdaşlıq naziri David Amsalem ilə görüşüb.
Caspian Energy Media iqtisadiyyat nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan və İsrail arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib. İqtisadi-ticarət əlaqələrinin möhkəmləndirilməsi imkanları dəyərləndirilib, özəl sektor üzrə əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparılıb.