Friday, 19 July 2024 10:22

Türk Dövlətləri Təşkilatı ölkələri arasında “OTS-MADE” məsələlərinə dair iclas keçirilib

Türk Dövlətləri Təşkilatının (TDT) kənd təsərrüfatı paytaxtı elan olunmuş Quba şəhərində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə təşkilata üzv və müşahidəçi dövlətlərin “OTS Made” (TDT İstehsal) brendinin yaradılması ilə bağlı iclası iclası keçirilib. Tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Şimali Kipr Türk Respublikasının Kənd Təsərrüfatı Nazirliklərinin səlahiyyətli nümayəndələri və aidiyyəti qurumların ekspertləri iştirak edib.

Caspian Energy Media nazirliyə istinadən xəbər verir ki, iclasda TDT ölkələrində vahid brend altında istehsalın yaradılması ilə bağlı müzakirələr aparılıb. Tədbir iştirakçıları kənd təsərrüfatı və emalı məhsullarının birgə istehsalı məqsədilə ilkin mərhələdə Yol Xəritəsi layihəsinin hazırlanması barədə razılığa gəliblər.

Daha ətraflı

Read 300 times

 

NEWS