Thursday, 25 July 2024 18:17

Azərbaycan və Qətər şirkətləri arasında saziş imzalanıb

Azərbaycan sahibkarlarının Birləşmiş Ərəb Əmirliklərində təsis etdiyi “Green Capital Management” şirkəti və Qətərin “Al Baladi Holding”i arasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. 

Caspian Energy Media KOBİA-ya istinadən xəbər verir ki, Bakıda keçirilən "Qətər bütün dünya üçün" adlı tədbir çərçivəsində imzalanmış sənəd Azərbaycanda Qətər franşizalarının yaradılmasını, o cümlədən iki ölkənin işgüzar dairələri arasında ticarət əlaqələrinin genişləndirilməsini, potensial əməkdaşlıq imkanlarının inkişaf etdirilməsini, investisiya qoyuluşunu, qarşılıqlı layihələrin təşviqini nəzərdə tutur.

Daha ətraflı

Read 312 times

 

NEWS