Tuesday, 30 July 2024 16:00

SOCAR İtaliya şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və İtaliyanın "Eni S.p.A." şirkəti arasında enerji keçidi ilə bağlı Anlaşma Memorandumu imzalanıb.

Caspian Energy Media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mİkayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Enerji layihələri və enerji keçidi üzrə təşəbbüsləri əhatə edən əməkdaşlığa dair Anlaşma Memorandumu" enerji təhlükəsizliyinin gücləndirilməsinə və energetika sektorunda innovativ həllərin təşviqinə töhfəsini verəcək", - deyə o qeyd edib.

Read 494 times

 

NEWS