Tuesday, 30 July 2024 16:42

Maliyyə Nazirliyində iqlim trendləri və onun makro-fiskal təsirləri ilə əlaqədar tədbir və praktiki seminarlar keçirilib

25-29 iyul tarixlərində Maliyyə Nazirliyində “İqlim dəyişmələrinin təsirindən yaranan fiskal risklərin idarəolunması üzrə Potensialın Gücləndirilməsi” mövzusunda tədbir, həmçinin iqlim dəyişikliyi ilə əlaqədar fiskal risklərin diaqnostika aləti olan Q-CRAFT (Quantified Change Risk Assessment Fiscal Tool) modeli üzrə praktiki seminarlar keçirilib.

Bu barədə Caspian Energy Media Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Qeyd edək ki, tədbir cari ilin aprel ayında BVF və Dünya Bankı Qrupunun Yaz Toplantısı çərçivəsində təşkil olunmuş görüşdə iqlim dəyişikliyi ilə əlaqədar fiskal risklər üzrə Maliyyə Nazirliyinin potensialının artırılması üçün BVF-nin texniki yardımı ilə bağlı əldə olunmuş razılıq əsasında keçirilib.

Daha ətraflı

Read 430 times

 

NEWS