Monday, 05 August 2024 12:08

Son 5 ildə özəl qeyri-neft sektorunda əmək müqavilələrinin sayı 79 % artıb

Son 5 ildə qeyri-neft sektorunun özəl bölməsində daimi əmək müqavilələrinin sayı 79% artıb.

Caspian Energy Media xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

“Bu, 426 min yeni əmək müqaviləsi deməkdir. Əmək bazarında keyfiyyət dəyişikliyi iqtisadi artım, yeni müəssisələrin fəaliyyətə başlaması, investisiya təşviqi çərçivəsində həyata keçirilən layihələr və təşviq əsaslı vergi siyasətinin nəticəsidir", - deyə nazir əlavə edib.

 

Read 422 times

 

NEWS