Bu gün bp Azərbaycanda yüksək ixtisaslı yerli kadrların yetişdirilməsinə dəstək məqsədli sosial sərmayə layihəsinin ikinci mərhələsinin tamamlandığını elan edib. Bu təhsil layihəsi bp-nin dünya səviyyəli yerli təcrübə və bacarıqlar formalaşdırmaqla ölkənin davamlı gələcəyinə töhfə vermək öhdəliyinin bir hissəsidir.
Caspian Energy Media bp-ə istinadla xəbər verir ki, birinci mərhələdə bp-nin dəstəklidiyi 15 iştirakçıdan 14-nün nüfuzlu beynəlxalq universitetlərə qəbul olması uğuruna əsaslanaraq, layihə daha da genişləndirilib və ikinci mərhələdə 22 istedadlı azərbaycanlı gənci əhatə edib.