Tuesday, 13 August 2024 18:06

ETX və AİKTSA arasında Anlaşma Memorandumu imzalanıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” İctimai Birliyi (AİKTSA) arasında 13 avqust 2024-cü il tarixində Anlaşma Memorandumu imzalanıb.

Memorandumun əsas məqsədi informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və bu istiqamətlər üzrə ictimai etimadın artırılmasında birgə fəaliyyətin təşkil edilməsidir.

Bu barədə “Caspian Energy Media” Elektron Təhlükəsizlik Xidmətinə istinadən xəbər verir.

Əməkdaşlıq çərçivəsində ETX və AİKTSA tərəfindən sözügedən sahələr üzrə məlumat mexanizminin formalaşdırılması, birgə təlim, seminar, konfrans, təşviqat tədbirləri və layihələrin keçirilməsi, eləcə də beynəlxalq layihələrin təşkili çərçivəsində gələcək əməkdaşlıq imkanlarının müzakirəsi planlaşdırılır.

Read 394 times

 

NEWS