Dövlət Turizm Agentliyinin 2024-cü ilin yanvar-iyun dövrünü əhatə edən onlayn xəbər bülleteni hazırlanıb.
Caspian Energy Media Agentliyə istinadla xəbər verir ki, bülletendə Agentliyin müxtəlif istiqamətlər üzrə fəaliyyətini ehtiva edən məlumatlar əksini tapıb.
İctimaiyyəti məlumatlandırmaq məqsədilə ildə 2 dəfə olmaqla, 6 aydan bir bülleten dərc olunacaq və qurumun rəsmi veb-saytında "Xəbər bülleteni" bölməsinə yerləşdiriləcək.
Keçid üçün link: https://tourism.gov.az/pages/xeber-bulleteni