Avqustun 30-da, saat 11:00-da AFFA-nın inzibati binasında Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçiriləcək.
“Caspian Energy Media” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, mətbuat konfransında milli komandamızın UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 5-də Bakıda İsveç və sentyabrın 8-də Koşitsedə Slovakiya yığmaları ilə oyunlar üçün heyəti açıqlanacaq.