Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.
“Caspian Energy Media” nazirliyə istinadla xəbər verir ki, görüşdə kənd təsərrüfatı sahəsində əməkdaşlığın qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.