"Azərbaycan Hava Yolları" aviaşirkəti tarixində ilk dəfə olaraq Bakıdan Maldiv adalarına birbaşa uçuşlar həyata keçirəcək və sərnişinlərinə dünyanın ən gözəl guşələrindən birinə asanlıqla çatmaq imkanı yaradacaq.
“Caspian Energy Media” xəbər verir ki, Bakıdan Maldiv Respublikasının paytaxtı Male şəhərinə ilk reys noyabrın 8-nə planlaşdırılıb. Uçuşlar həftədə iki dəfə ‒ cümə və bazar günləri yerinə yetiriləcək.