Gənclər və İdman Nazirliyi (GİN) ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı əsasında keçirilən avarçəkmə üzrə Azərbaycan çempionatına yekun vurulub.
Bu barədə “caspian Energy Media” AKAF-ın mətbuat xidmətinə istinadən xəbər verir.
Qalib idmançılar diplom və medallarla mükafatlandırılmaqla yanaşı, oktyabrda baş tutacaq ənənəvi “Mingəçevir Reqatası” beynəlxalq turnirində iştirak edəcək heyətə cəlb olunacaq.

						
						
						
		  	
				
				
				
				
							