"Qarabağ"ın futbolçusu Hamidu Keyta Türkiyə klubuna keçir.
“Caspian Energy Media” xəbər verir ki, bu barədə yerli jurnalist Halil Yılmazer paylaşım edib.
Onun sözlərinə görə, 30 yaşlı yarımmüdafiəçi karyerasını "Konyaspor"da davam etdirəcək.
Qeyd edək ki, Hamidu Keyta 2023-cü ildə "Zirə"dən "Qarabağ"a keçib.