FIFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru Elxan Məmmədov Norveç Futbol Assosiasiyasının (NFF) prezidenti Lise Klavenesslə görüşüb.
"Caspian Energy Media" qurumun rəsmi saytına istinadən xəbər verir ki, onlar irqçiliklə mübarizədə futbolun rolunu müzakirə ediblər.
Norveçin paytaxtı Osloda təşkil olunan toplantıya futbol, idman və biznesin liderləri də qatılıblar.