Energetika nazirinin müavini Orxan Zeynalov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Türkiyə və Qafqaz üzrə icraçı direktoru Elisabetta Falcetti ilə görüşüb.
Görüş zamanı energetika sektorunda Bankla mövcud əməkdaşlıqdan məmnunluq ifadə edilib, bərpa olunan enerji, enerji səmərəliliyi və aşağı karbonlu enerjiyə keçid kimi sahələrdə cari layihələr nəzərdən keçirilib, gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
"Caspian Energy Media" bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.