Azərbaycan və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında COP29 çərçivəsində tərəfdaşlıq müzakirə edilib.
“Caspian Energy Media” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“EBRD Türkiyə və Qafqaz üzrə yeni idarəedici direktoru Elizabeta Falçettiyə fəaliyyətində uğurlar arzulayırıq. Xanım Falçetti ilə keçirdiyimiz görüşdə Azərbaycan – EBRD əməkdaşlığının prioritetləri, potensial layihələr və COP29 çərçivəsində tərəfdaşlıq barədə danışdıq", - deyə o qeyd edib.