Tuesday, 17 September 2024 10:47

Ekoloji, Sosial və Korporativ İdarəetmə (ESG) üzrə vahid rəqəmsal platforma konsepsiyasının təqdimatı keçiriləcək

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun “Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları” üzrə alt-qrupunun fəaliyyəti çərçivəsində 20 sentyabr 2024-cü il tarixində saat 14:30-da “Bakı KOB evi”ndə tədbir təşkil olunacaq. 

“Caspian Energy Media” xəbər verir ki, bu barədə KOBİA məlumat yayıb.

 

Tədbirdə ESG üzrə vahid rəqəmsal platforma konsepsiyasının təqdimatı keçiriləcək, platformanın yaradılmasından irəli gələn məsələlər müzakirə ediləcək, ESG üzrə beynəlxalq ekspertlərin təklif və tövsiyələri dinləniləcək. Həmçinin, altqrupun üzvləri ilə birgə konsepsiyanın layihə icra formatı üzrə fikir mübadiləsi aparılacaqdır.  

 

Read 369 times

 

NEWS