Türkiyənin ticarət naziri Ömər Bolat ABŞ-da müxtəlif ölkələrin biznes nümayəndələri ilə görüşüb.
Ömər Bolat Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyasında iştirak etmək üçün Nyu Yorka səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı müşayiət edir. “Caspian Energy Media”nın məlumatına görə, nazir bu barədə X sosial şəbəkəsindəki hesabında paylaşım edib.