Estoniyada Milli Mədəniyyət Günləri-2024 çərçivəsində Azərbaycan Mədəniyyəti Günü təşkil olunub.
Tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Buta Art Studio” Azərbaycan Yaradıcılıq Mərkəzinin təşkilatçılığı və Yaradıcılıq Mərkəzinin rəhbəri, rəssam Rövşən Quliyevin (Rövşən Nur) təşəbbüsü ilə “Qarabaşlılar qardaşlığı” Evində baş tutub.
Tədbirdə soydaşlarımız və yerli ictimaiyyət nümayəndələri ilə yanaşı, Almaniya və Finlandiyadan da qonaqlar iştirak edib.
Bu barədə “Caspian Energy Media” Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.