Azərbaycan Turizm Bürosunun iştirakı ilə 25-26 sentyabr tarixlərində Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən “Kingdom Business & Luxury Travel Congress” tədbirində Azərbaycanın işgüzar turizm potensialı tanıdılır.
Konqresdə işgüzar turizm imkanlarını tanıtmaq və bu məqsədlə Azərbaycana səfər edəcək sənaye nümayəndələrinin sayını artırmaq üçün ölkəmizi Azərbaycan Turizm Bürosu (ATB) “gümüş tərəfdaş” statusunda təmsil edir. “Caspian Energy Media” Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.