Thursday, 27 February 2025 09:15

Azərbaycanın Mərkəzi Asiya turizm bazarında əlaqələri genişləndirilir

Azərbaycan Turizm Bürosu 18-24 fevral tarixlərində müvafiq olaraq Bakı, Daşkənd və Almatı şəhərlərində keçirilən “Luxury Travel Mart” (LTM) tədbirində iştirak edib. 

Tədbirlər çərçivəsində Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistanın 25-dən çox aparıcı turizm şirkətləri və turoperatorları ilə görüşlər keçirilib, sənaye nümayəndələri ilə əməkdaşlıq imkanları müzakirə olunub.

Premium turizm bazarına fokuslanan müzakirələr çərçivəsində Azərbaycanın beynəlxalq səviyyəli dağ-xizək, sağlamlıq və istirahət mərkəzləri, o cümlədən lüks turizm imkanları və biznes turizmi sektoru haqqında iştirakçılara məlumat verilib.

Bu barədə “Caspian Energy Media” Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.

 

Read 10 times Last modified on Thursday, 27 February 2025 09:17

 

NEWS