Friday, 04 October 2024 13:45

“Atena” MMC-dən Süfrənizə Yeni Dadlar: Qatıq, Kefir və Holland Pendir Çeşidi

“Atena” MMC, süd məhsulları bazarında öz mövqeyini daha da möhkəmləndirmək üçün yeni məhsul çeşidlərini təqdim edir. Bu yeniliklər arasında:

“Atena” 190 və 330 qram homogenize qatıq – istehlakçıların ehtiyaclarına uyğun olaraq müxtəlif həcmlərdə təqdim edilən qatıq məhsulları, həm ailə üçün, həm də fərdi istifadəyə ideal seçimdir. Təzə süd və təbii tərkibli bu qatıq, hər süfrənin əvəzolunmaz qida məhsuluna çevriləcək.

“Atena” 500 qram light qatıq – sağlam qidalanmaya üstünlük verənlər üçün yağ miqdarı azaldılmış "light" qatıq çeşidi. Yüngül və qidalı olmaqla yanaşı, dadından güzəştə getmədən sağlam qida seçimləri axtaranlar üçün mükəmməl alternativdir.

“Atena” 1 litr kefir – həzm sistemi üçün faydalı olan kefir, təbii probiyotiklərlə zənginləşdirilib. Sakitləşdirici və immuniteti gücləndirici təsirə malik olan bu məhsul, süd məhsullarını sevənlərin sevimlisi olacaq. “Atena” kefirimizi fərqləndirən onun yüksək probiotik konsentrasiyasıdır, hər porsiyada 25-30 milyard koloniya əmələ gətirən vahid (CFU) və 12 canlı və aktiv probiotik mədəniyyətin qarışığıdır.

“Atena” 250 qram holland pendiri – sərt və dadlı holland pendiri, təkcə süfrəyə dad qatmaqla kifayətlənməyib, həm də müxtəlif yeməklərin tərkibində ideal inqrediyent kimi istifadə olunur. Keyfiyyətli pendir axtaranlar üçün bu məhsul xüsusi təklifdir.

“Atena” MMC-nin yeni məhsulları həm dadlı, həm də keyfiyyətli məhsullar axtaranlar üçün ideal seçimdir.

Read 372 times

 

NEWS