Tuesday, 08 October 2024 14:49

Türk dünyasının beynəlxalq animasiya festivalı keçirilib

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə keçirilən “Baku Cinema Breeze” (BCB) çərçivəsində Türk Dünyasının Beynəlxalq Animasiya Festivalı (ATA festivalı) təşkil edilib. TÜRKSOY və Türk Animasiya Assosiasiyası (ATA) tərəfindən təşkil olunan bu tədbir türkdilli dövlətlər arasında animasiya sənəti vasitəsilə əməkdaşlığı və mədəni mübadiləni təşviq etməyi hədəfləyib.

Festivalın açılış mərasimində TÜRKSOY-un baş katibinin müşaviri Kayrat Mukanov qeyd edib ki, Azərbaycanın kino sənayesində mühüm irəliləyişlər əldə olunub.

Bu barədə “Caspian Energy Media” Mədəniyyət Nazirliyinə istinadən xəbər verir. 

Read 5 times

 

NEWS