Dövlət Turizm Agentliyinin nümayəndə heyəti 8-10 oktyabrda Avstraliyanın Qərbi Avstraliya ştatının Pert şəhərində keçirilən Dünya Səyahət və Turizm Şurasının (WTTC 2024) Qlobal Sammitində iştirak edib.
Tədbir çərçivəsində Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov və Azərbaycan Turizm Bürosunun İdarə heyətinin sədri Florian Zenqstşmidin təmsil olunduğu Azərbaycan nümayəndə heyəti Ümumdünya Səyahət və Turizm Şurasının baş icraçı direktoru Culia Simpson və “Trip.com Group”un baş direktoru Ceyn San ilə görüş keçiriblər.
Bu barədə “Caspian Energy Media” Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.