Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC “INMerge İnnovasiya Sammiti 2024”də stendlə çıxış edib.
10-11 oktyabrda Bakı Konqres Mərkəzində keçirilən sammitdə iştirakçılara “AzInTelecom”un innovativ xidmət və məhsulları barədə məlumat verilib. Stenddə yerli və xarici şirkətlərin nümayəndələri ilə görüşlər keçirilib, potensial tərəfdaşlıqlar müzakirə olunub.
Bu barədə “Caspian Energy Media” “AzInTelecom”-a istinadən xəbər verir.