“Caspian Energy Media”xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Rövşən Rüstəmov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"İrana rəsmi səfər çərçivəsində bu ölkənin dəmir yolu administrasiyasının rəhbəri Cabbar Əli Zakeri Sardrudi ilə görüşdük. Müzakirələrimizin mövzusu İrandan keçməklə Şərqi Zəngəzur İqtisadi Rayonu və Naxçıvan Muxtar Respublikası arasında birbaşa quru əlaqəsini təmin edəcək dəmir yolu xəttinin inşası və Şimal-Cənub dəhlizi üzrə əməkdaşlığın gücləndirilməsi oldu. ADY-nin hər iki marşrutun inkişafı ilə bağlı atdığı addımları və gələcək planlarını nəzərə çatdırdıq", - deyə o qeyd edib.