Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “Subsea7” şirkətinin baş icraçı direktoru Con Evans ilə görüşüb.
Görüşdə ötən dövr ərzində “Subsea7” şirkəti tərəfindən ölkəmizdə uğurla həyata keçirilən layihələr barədə məlumat verilib və yeni layihələr üzrə potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Söhbət zamanı “Subsea7” şirkətinə məxsus yeni texnologiyaların Xəzər dənizin Azərbaycan sektorunda tətbiqinin yeni layihələrə qata biləcəyi dəyərlər barədə fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Bu barədə “Caspian Energy Media” SOCAR-a istinadən xəbər verir.