Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC Böyük Britaniyanın “The Global Economics” jurnalı tərəfindən beynəlxalq mükafata layiq görülüb.
“AzInTelecom” MMC-ə məxsus “SİMA İmza” mobil tətbiqi jurnal tərəfindən keçirilən səsvermədə ilin ən yaxşı biometrik rəqəmsal imza tətbiqi seçilib. Mükafat 2025-ci ilin yanvar ayında Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək mərasimdə “AzInTelecom” MMC-nin rəsmi nümayəndəsinə təqdim olunacaq.
Bu barədə “Caspian Energy Media” “AzInTelecom”-a istinadən xəbər verir.