ABŞ-nin Texas ştatının Plano şəhərində XXI Beynəlxalq Multikultural Festival keçirilib. Ənənəvi təşkil olunan festivalın daimi iştirakçısı Dallas Azərbaycanlıları İcması bu il də ölkəmizi həmin tədbirdə təmsil edib.
Müxtəlif xalqların mədəniyyətlərinin, adət-ənənələrinin və milli mətbəxlərinin təbliği məqsədilə təşkil edilən beynəlxalq festivala Avropa, Asiya və Latın Amerikası ölkələrinin nümayəndələri qatılıblar.
Bu barədə “Caspian Energy Media” Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.