Azərkosmos və İtaliyanın yerüstü idarəetmə üzrə xidmət təminatçısı “Leaf Space” şirkəti arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən Azərkosmosun Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin Bakı teleportunda 3,7 metrlik S/X diapazonlu anteni quraşdırılıb.
Bu barədə "Caspian Energy Media" Azərkosmos-a istinadən xəbər verir.