Mədəniyyət naziri Adil Kərimli oktyabrın 25-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) olub, kollektivlə görüşüb. Sonra nazir təhsil ocağının professor-müəllim və tələbə heyətinin dərslik və dərs vəsaitlərinin nəşri, Mədəniyyət Nazirliyi tərəfindən aktyorlara təyinatın verilməsi, gənclərin kino sahəsinə marağının artırılması, ADMİU tələbələrinin teatrlara ödənişsiz girişi, magistratura səviyyəsində təhsil, təhsil menecerləri, təhsil sahəsində yeni ixtisaslar və s. mövzularda təkliflərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb.
Bu barədə “Caspian Energy Media” Mədəniyyət Nazirliyinə istinadən xəbər verir.