Qazaxıstan Respublikası Turizm və İdman naziri Yerbol Mırzabosınov Qazaxıstandakı Fransa Respublikasının Fövqəladə və Səlahiyyətli səfiri Silvan Gioge ilə görüş keçirib. Görüş zamanı tərəflər turizm sahəsində ikitərəfli tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.
Bu barədə “Caspian Energy Media” Qazaxıstan Respublikası Turizm və İdman Nazirliyinə istinadən xəbər verir.