Almaniyanın Berlin şəhərində Azərbaycan Bəstəkarlar İttifaqının yaranmasının 90 illiyi qeyd olunub. Yubley münasibəti ilə Berlindəki Mədəniyyət Mərkəzində klassik Azərbaycan musiqilərinin səsləndirildiyi gecə keçirilib.
Gecədə elm və mədəniyyət xadimləri, Almaniyada yaşayan Azərbaycan, türk və digər icmaların üzvləri, media nümayəndələri iştirak edib.
Bu barədə “Caspian Energy Media” Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.