Azərbaycan Mərkəzi Bankında (AMB) noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı maliyyə sektorunda planlaşdırılan fəaliyyətlər müzakirə olunub.
Görüş zamanı ölkədəki makroiqtisadi vəziyyət, son iqtisadi göstəricilər və bunların maliyyə sektoruna təsirləri ilə bağlı fikir mübadiləsi aparıldı, sektor nümayəndələrinin təklifləri dinlənildi. COP29 zamanı ümumilikdə maliyyə sektorunun qarşısında duran məsələlər, planlaşdırılan fəaliyyət sahələri müzakirə olundu
“Caspian Energy Media” xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.