Monday, 18 November 2024 19:54

Çinin PowerChina və TBEA şirkətləri ilə anlaşma memorandumları imzalanıb

COP29 çərçivəsində Energetika Nazirliyi ilə Çinin “PowerChina Resources Limited” və “TBEA Co., Ltd” şirkətləri arasında “yaşıl enerji” sahəsində anlaşma memorandumları imzalanıb. İmzalanma mərasimlərindən əvvəl energetika naziri Pərviz Şahbazovla “PowerChina Group”un vitse-prezidenti Xu Pengcheng və “PowerChina Resources Limited” şirkətinin prezidenti Yang Tianfu, həmçinin TBEA şirkətinin İdarə Heyətinin üzvü, beynəlxalq biznes məsələləri üzrə prezidenti Hu Nanın rəhbərlik etdiyi nümayəndə heyətləri arasında görüşlər olub. Görüşlərdə Azərbaycan-Çin strateji tərəfdaşlıq münasibətlərində bərpa olunan enerji sahəsində əməkdaşlığın mühüm yer tutduğu qeyd olunub. Həyata keçirilən “yaşıl enerji”nin istehsalı və ixracı ilə bağlı meqa layihələr kontekstində Çin şirkətləri ilə əməkdaşlıq imkanları dəyərləndirilib. 

“Azərbaycan Respublikası Energetika Nazirliyi ilə PowerChina Resources Limited arasında Azərbaycanda bərpa olunan enerji layihələrinin inkişaf etdirilməsi üzrə Anlaşma Memorandumu” sənaye miqyaslı günəş PV layihələri, quruda/dənizdə külək elektrik stansiyaları, hidro akkumulyasiya sistemi (PHS) və akumulyator enerji saxlama sistemləri (BESS), inteqrasiya olunmuş ağıllı enerji və “yaşıl hidrogen” istehsalı layihələri, yerli mütəxəssislərin hazırlanması, texnoloji biliklərin mübadiləsi üzrə əməkdaşlığı nəzərdə tutur. Sənədə əsasən, PHS və BESS infrastrukturunun inkişafı, maliyyələşdirilməsi, tikintisi və texniki xidməti sahələrinə xüsusi diqqət yetiriləcək.  

Bu barədə “Caspian Energy Media” Energetika Nazirliyinə istinadən xəbər verir.

 

Read 218 times

 

NEWS